Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" QƏZAYA SƏBƏB OLDU
Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mehdi Mehdizadə küçəsində qeydə alınıb.
Hadisə "Hyundai Accent" markalı avtomobillə "Mercedes Gelandewagen"in toqquşması səbəbindən baş verib.
İlkin məlumata görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin sükanı arxasında olan sürücünün yolayırıcını keçmə qaydalarını kobud şəkildə pozması olub. Nəticədə avtomobil aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar...