Yol polisi reyd keçirdi: Sürücülər jurnalistləri söydü (VİDEO)
Yol polisi əməkdaşları Sumqayıtdan Bakıya sərnişin daşıyan avtobuslarda reyd keçirib.
BAKU.WS xəbər verir ki, sürücülərlə reyd zamanı çəkiliş aparan mətbuat işçiləri arasında qalmaqal yaşanıb. Belə ki, sürücülər çəkilişə mane olmağa çalışıb və hətta çəkiliş aparan muxbiri təhqir də ediblər.
Qeyd edək ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü 17 nəfərin yaralanması ilə nəticələnən qəzadan sonra yol polisi Bakı-Sumqayıt yolunda reydlərə başlayıb.
Xatırladaq ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürürü saxlanılıb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundə qəzada dünyasını dəyişən Roza və nişanlısı (FOTOLAR)
Martın 9-da Bakı-Sumqayıt yolundan baş verən qəzada həyatını itirən tələbələrlə bağlı ürək dağlayan məlumatlar yayılmaqda davam edir. BAKU.WS xəbər verir ki, s...