Yol bağlı olduğuna görə xəstəxanaya çata bilməyən avtomobildə doğulan körpə öldü
23
okt
2025
14:31
Xaçmazda körpə ölümü qeydə alınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü qadın doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılan zaman ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına üçün avtomobildə qalaraq vaxtında xəstəxanaya çata bilməyib.
Nəticədə VAZ-2110 avtomobilində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qadın isə Xaçmaz RMX-yə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...