Yevlaxda toyda dava, söyüş söyən qonağı pilləkəndən atdılar
Yevlax şəhərində toyda dava düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Turan" şadlıq sarayında baş verib.
Rayon sakini Murad Ağayev(soyad şərtidir) tanışının övladının kiçik toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedib. Orada spirtli içki qəbul etdikdən sonra toya pul yazdırmaq üçün foyeyə çıxarkən tanışı Yadigarın söyüş söydüyünü görüb. Murad Yadigardan xahiş edib ki, toyda qadınlar var, söyüş söyməsin. Bu vaxt sərxoş vəziyyətdə olan Yadigar ona yaxınlaşaraq vurmaq istəyib. Bu vaxt Murad əli ilə Yadigarı itələyib yıxıb və yoluna davam edib.
Hadisə nəticəsində Yadigar pilləkəndən yıxılıb və ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Murad Ağayev 4 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...