Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub
Yevlaxda atasını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Vüsal Talıbov 16 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il Yevlax rayonunda baş verib. Təqsirləndirilən Vüsal Talıbov qısqanclıq zəminində atası Hüsü Talıbova 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü
Jurnalist Samir Qurbanovun 15 yaşlı övladı faciəvi şəkildə həyatını itirib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat...