Yeni yayılan virusla bağlı xəbərdarlıq: "Xəstələr çox vaxt bu cür şoka düşür" - Baku TV

Yeni yayılan virusla bağlı xəbərdarlıq: Xəstələr çox vaxt bu cür şoka düşür - Baku TV
Video
Hadisə 375

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan 8 nəfəri karantinə götürüb.

Onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Üç nəfərin virusdan həyatını itirdiyi bildirilir.

Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.

İnfeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir:

"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".

Ətraflı videomaterialda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı av...

16 Hadisə 15:15 30 avqust 2026

Son xəbərlər