Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı – VƏZİYYƏTİ AĞIRDIR
14
apr
2025
11:46
Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.
Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb. 15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Azərbaycanda martın 24-də cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,...