Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
01
iyl
2025
21:12
Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Sosial şəbəkələrdə saxlanılma anının görüntüləri yayılıb.
Azərbaycan diasporundan faktı təsdiqləyiblər.
Vəkil Mutvəli Şıxlinski (Şahin Şıxlinskinin oğlu) nəşrə "Atam saxlanıb" deyib.
Onun sözlərinə görə, atası saxlanmazdan əvvəl təqib edilib.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...