Yasamalda BMW YANDI
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "BMW" markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...