Yasamal aşırımında TƏHLÜKƏ: Sürücülər şikayət edir
14
apr
2025
14:42
Şəmkir rayonunda yerləşən Yasamal aşırımındakı durumla bağlı vətəndaşlar şikayət edirlər.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə əsasən, aşırım ərazisində xüsusilə dumanlı və çənli havalarda hərəkət etmək son dərəcə təhlükəli olur.
Vətəndaşların sözlərinə görə, problemin əsas səbəbi yolda heç bir xətləmə işinin aparılmamasıdır. Bu isə görünüş məsafəsinin azaldığı şəraitdə sürücülərin hərəkət zolağını ayırd etməsini çətinləşdirir və qəza riskini artırır.
Sürücülər aidiyyəti qurumlardan yol nişanlarının və xətlənmə işlərinin aparılmasını istəyirlər.
Oxşar xəbərlər
Vüsal Hüseynov: "Bu il 850 əcnəbi ölkədən çıxarılıb"
Bu ilin 6 ayı ərzində qanunvericiliyin pozulması ilə bağlı 9757 qərar qəbul edilib. BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal H...