Xorvatiya millisinin 39 yaşlı sabiq futbolçusu yol qəzasında vəfat edib
19
apr
2025
11:17
Xorvatiya millisinin və Fransanın "Monako" klubunun sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç yol qəzasında vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının (HNS) rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu Karlovats şəhərində dörd minik avtomobilinin toqquşması nəticəsində həlak olub. Onunla birlikdə daha bir nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Pokrivaç son olaraq ölkəsinin aşağı divizion klubu "Vojniç"də çıxış edirdi.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...