Xırdalanda restorandan ŞİKAYƏT - Səsdən evdə oturmaq mümkün deyil
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən restorandan yayılan bu səs sakinlərin narazılığına səbəb olub.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər bildirir ki, "Uğur Ocağı" adlı restoranın fəaliyyəti onların gecə istirahətinə mane olur. Ərazidə yaşayan bir neçə ailələr iddia edir ki, xüsusilə gecə saat 23:00-dan sonra musiqi səsi artır. Bu da uşaqlı ailələrin, yaşlı insanların və səhər tezdən işə gedən sakinlərin ciddi narahatlığına səbəb olur.
Şikayətçilər qeyd edirlər ki, musiqinin səsindən evdə sakit oturmaq mümkün deyil, pəncərələri bağlamaq belə vəziyyəti dəyişmir.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər. Lakin nəticəsi olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb
Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadas...