Xırdalanda qazi evində bıçaqlandı

Xırdalanda qazi evində bıçaqlandı
Hadisə 68

Abşeron rayonunda Vətən müharibəsi qazısı bıçaqlanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində baş verib. Vətən müharibəsi iştirakçısı Rövşən müharibədən sonra aldığı baş-beyin travmalarına görə mütəmadi olaraq ağrıkəsici dərmanlar atırmış. O, müharibədə aldığı zədələrə görə əsəbi olduğundan ailəsindən də ayrılıb, tək yaşayırmış.

Bir müddət əvvəl evdə tək olan Rövşənin yenidən ağrıları başlayıb və o, dostlarını köməyə çağırıb. Nəcəf, Ozan və Nahid Rövşənə yardım etmək üçün gediblər. Onlar evə daxil olanda mənzilin dağınıq olduğunu görüblər və Rövşənin evini səliqəyə salmağa başlayıblar. Bu vaxt Rövşənlə Ozan arasında mübahisə başlayıb və onlar əlbəyaxa olublar. Bu vaxt Ozan mətbəxdəki bıçağı götürərək Rövşənə beş bıçaq zərbəsi endirib.

Rövşən digər dostlarının sayəsində xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ozan Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilir.

Tərəflər arasında barışıq elan olunduğundan məhkəmə Ozanın cəzasını şərti hesab edir.

Son xəbərlər