Xırdalanda DOST Mərkəzindəki yanğın söndürülüb
Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.
***17:02
Abşeron rayonu Xırdalan şəhərində yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xırdalanda yerləşən DOST Mərkəzində yanğın hadisəsi baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunublar.
Oxşar xəbərlər
Naxçıvanda kanalda boğulan azyaşlı tanınmış musiqiçinin övladı imiş
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanal batan 7 yaşlı uşağın kimliyi və ölümünün təfərrüatı məlum olub. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-...