"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirilib
12
fev
2025
10:15
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.
Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə "Xəzər Lənkəran" komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Astarada şəlalədə çimən turisti söydü, həbs olundu
Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb. 40...