Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA
09
may
2019
00:34
Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə "Saipem" şirkətindən bildiriblər.Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır"."Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Xəzərdə güclü partlayış - Yaralılar var
Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış nəticəsində 10-d...