Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb

Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə 119

Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61-fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd "Makarov" tapançası və 8 ədəd patron çıxarılıb.

Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb

Oxşar xəbərlər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...

47 Hadisə 23:48 24 dekabr 2025

Son xəbərlər