Xalq artisti Arif Babayevin vəziyyəti açıqlandı
27
iyl
2025
17:12
"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev məlumat verib.
Onun sözlərinə görə, xalq artistinin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.
Oxşar xəbərlər
3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı vəfat edib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri...