Arif Babayevin vəziyyəti kritik ağırdır - TƏBİB-dən AÇIQLAMA

Arif Babayevin vəziyyəti kritik ağırdır - TƏBİB-dən AÇIQLAMA
Hadisə 491

"Xalq artisti Arif Babayevin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir".

Bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir:

"23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".

*** 14:37

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a onun oğlu Yaşar Babayev bildirib.

Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib:

"Həkimlər əllərindən gələni edir. Bu gün Təcili Tibii Yardım maşını ilə Bakıya aparacağıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

98 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər