Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb
22
sen
2025
17:11
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.
Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...