Vida mərasiminə Əli Əsədov da qatıldı
Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən mərasimə qatılıb və mərhumun ailə üzvlərinə başsağlığı verib.
Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak edib.
Mərhum Birinci Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, E.Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib.
Qalereya
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...