"VAZ-2106" ilə 55 yaşlı qadını vurub öldürdü
26
iyl
2025
14:12
İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Tanınmış həkim dünyasını dəyişdi
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Ağciyər Xəst...