"Vaqa" ev dustaqlığına buraxılıb
30
may
2025
17:37
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin apellyasiya şikayətinə baxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə Vüqar Zeynalzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, tiktoker polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.
Oxşar xəbərlər
Narkotikin təsiri altında Bakıda təcili yardım maşınını sürən şəxs HƏBS EDİLDİ
Bakıda qayda pozan təcili tibbi yardım avtomobilinin sərxoş sürücüsü həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində t...