Uğursuz rinoplastika əməliyyatı səbəbindən Səhiyyə Nazirliyinə klinika ilə bağlı protokol göndərilib
Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada keçirilmiş plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:
"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülmüş və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".
Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.
Oxşar xəbərlər
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
Həbsdə olan azərbaycanlı iş adamı Aslan Əliyevin ilkin bazar qiyməti 4,2 milyon manat olan əmlakı müsadirə olunub. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki,...