Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub
Quba-Xınalıq avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra qaya daşlarının uçması nəticəsində Xınalıq kəndinə gedən yol bağlanmışdı.
Belə ki, qaya parçaları yolun 30-32-ci kilometrliyinə tökülüb və 800 metr məsafədə asfalt örtüyü dağılıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Sahə rəisi Bilal Sultanov bildirib ki, Xınalıq-Quba istiqamətində gediş-gəliş təmin edilib. Onun sözlərinə görə, qaya daşlarının yoldan tam təmizlənməsi bir neçə gün vaxt aparacaq.
***19:02
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.
Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.
Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.
Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.
***13:24
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.
Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.
Oxşar xəbərlər
Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. BAKU.WS oxu.az-a istinadən xəbər verir k...