Ucarın elektrik yarımstansiyasında YANĞIN: Altı kənd işıqsız qaldı
Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40-da stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissə...