Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib
21
yan
2025
23:03
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.
"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.
N.Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.
Oxşar xəbərlər
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisind...