Türkiyədəki otel yanğını 5 il əvvəl "Güldür-güldür show"da
İllər əvvəl "Güldür-güldür show"da Türkiyədəki faciəvi otel yanğınına diqqət çəkilib.
BAKU.WS xəbər verir ki, 2020-ci ildə şouda yayımlanan səhnələrdən birində hakim məhkəmədə ittiham olunan şəxslərdən oteldə yanğın zamanı qaçmaq üçün nərdivanların niyə olmadığını soruşur.
Onlar isə cavabında nərdivanların olduğunu, lakin onların taxtadan olduğu üçün yandığını deyirlər.
Hakim daha sonra nərdivanın niyə taxtadan olduğunu soruşur.
İttihamçılar "Binaya uyğun olsun deyə... Biz haradan biləydik ki, yanğın olacaq? Dərs aldıq, bundan sonra bina tikdiyimiz zaman yanğın nərdivanları qoymayacağıq. Çünki yanır" - deyə qeyd edirlər.
Ətraflı videoda:
Oxşar xəbərlər
Yüksək sürət yenə CAN ALDI
Tovuzda zəncirvari yol qəzası olub, bir nəfər ölüb BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin Mərkəzi küçəsində qeydə alı...