Toy karvanında "Avtoşluq" etdi, saxlanıldı - ANBAAN VİDEO
04
mar
2026
17:10
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.
R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəm...