Tovuzda avtomobil yanıb, sürücü yanıq xəsarətləri alıb
25
fev
2025
10:51
Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Sürücü "VAZ 2106" markalı avtomobilin idarəetməsini itirərək, onu körpünün kənarındakı beton səddə çırpıb. Bu zaman avtomobil yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Sürücü yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin...