Tovuzda avtomobil divara çırpılıb, üç nəfər xəsarət alıb
29
apr
2026
08:38
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.
Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Türkiyənin İstanbul vilayətində qanunsuz mərc fəaliyyətindən əldə olunan gəlirlərin yuyulması ilə bağlı istintaq çərçivəsində iki şirkətə məxsus 25,5 kiloqram q...