Tovuz ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var

Tovuz ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
Hadisə 45

Tovuzda vətəndaşa məxsus fərdi evdə yanğın olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində ehtimala görə ildırım çaxmasından sonra naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsininin qarşısı alıb. Yanğın təxminən 40 kvadratmetr ərazidə evin birinci mərtəbəsindəki mətbəx və ona bitişik zalda baş verib. Zal yanar konstruksiyaları və içərisindəki məişət avadanlıqları tamamilə yanaraq külə dönüb. Alovu söndürmək üçün köməyə qonşular da gəlib.

Nəticədə 10-dək insan zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.

Hadisənin dəqiq başvermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

59 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər