Tiktoker Xosrov həbs edildi
Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...