Tiktoker "şəkili Pərviz" həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
BAKU.WS "Unikal.az"a istinadən xəbər verir ki, "TikTok"da "şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.
Oxşar xəbərlər
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü
Jurnalist Samir Qurbanovun 15 yaşlı övladı faciəvi şəkildə həyatını itirib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat...