"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının həbs müddəti uzadılıb
"TikTok"da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.
Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
Oxşar xəbərlər
Mingəçevir su anbarında faciə: Goranboy sakini həyatını itirdi
Mingəçevir su anbarında bədbəxt hadisə baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev su anbarında çi...