"Təzə Pir" məscidinin yaxınlığındakı evdə yanğın olub
05
fev
2026
09:53
Bakının Yasamal rayonu ərazisində dünən yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, yanğın "Təzə Pir" məscidinin yaxınlığında yerləşən Əlövsət Quliyev küçəsindəki fərdi yaşayış evində baş verib.
Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə maşını cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...