Təyyarə qəzasında xəsarət alanlarla bağlı son məlumat - RƏSMİ

Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumata görə, Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.
Xatırladaq ki, ümumilikdə Azərbaycana təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI
Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb. BAKU.WS xəbər verir ki, həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışara...
