Tərtərdə maşın iki qadın piyadanı vurub, biri ölüb
18
avq
2026
20:26
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.
Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü"
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...