Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb

Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb
Hadisə 102

Tərtərdə ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

88 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər