Tərtərdə su kanalında 1 nəfər boğulub, 3 nəfər xilas edilib

Tərtərdə su kanalında 1 nəfər boğulub, 3 nəfər xilas edilib
Hadisə 72

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, su kanalında boğularaq həyatın itirən Natiq Hüseynov şəhid qardaşı olub. Onun qardaşı Amil Namiq oğlu Hüseynov Vətən müharibəsində şəhid olub.

Natiq və Amil ailədə iki qardaş olub.

***18:34

Tərtər rayonunda 3 nəfər kanalda boğulub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində Suqovuşandan çəkilən yeni beton kanalda baş verib.

Kanalda çimən 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. Sakinlərin köməyi ilə 1 nəfər xilas edilsə də, bir nəfərin meyiti tapılıb.

Qalan 2 nəfərin isə axtarışları davam edir.

Məlumata görə, boğulan şəxslər Bərdə rayon sakinləridir.

Son xəbərlər