Təmas xətti qırıldı - Sumqayıt-Xırdalan-Bakı qatarı gecikdi

Təmas xətti qırıldı - Sumqayıt-Xırdalan-Bakı qatarı gecikdi
Hadisə 218

"Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Qeyd olunub ki, qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır.

Xatırladaq ki, səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə hərəkət edən sürət qatarının Xırdalan ərazisində yolda qalması barədə redaksiyamıza məlumat daxil olmuşdu. Verilən məlumata görə, sərnişinlər 30 dəqiqə gözləməli olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Çay məcrasından ÇIXDI: Ailələr evlərini TƏRK ETDİLƏR

Çay məcrasından ÇIXDI: Ailələr evlərini TƏRK ETDİLƏR

Girdiman çayının məcrasını dəyişməsi nəticəsində İsmayıllıda bir kəndə ciddi ziyan dəyib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, güclü axın nəticəsində ç...

6 Hadisə 09:59 24 may 2026

Son xəbərlər