"Telegram"da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
![Telegramda investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb](https://baku.ws/storage/photos/uploads/thumbs/large/6x1OvXAeQAjNoOAbqxC6BhHj2TgPWGeUo3Muuzse.webp)
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb .
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, "Telegram" sosial şəbəkə seqmentində "Remax" adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ oldu
Hacıqabulda 3.1 maqnitudada zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Təbiət had...
![](/images/banners/placeholder_home_right_az.jpg)