Tarix Əliyev Röyanın vəfat edən atasından yazdı

Tarix Əliyev Röyanın vəfat edən atasından yazdı
Foto
Hadisə 261

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Xalq artisti Röya Ayxanın aatsı Yaqub Nəcəfovla bağlı paylaşım edib. 

BAKU.WS xəbər verir ki, o Röyanın atasının mərhəmətli və anlayışlı insan olduğunu vurğulayıb. 

Tolik atasını yeni itirən Röya Ayxana başsağlığı verib. 

"Röya, ilk işlədiyim vaxtlar tez-tez Yaqub bəyin evinə gedib-gələrdim. Onun necə mərhəmətli, gözəl bir insan olduğunu yaxşı bilirdim. O zaman Ayxan və İsmail hələ çox balaca idilər. Şükür Allaha ki, Yaqub dayıya elə bir ömür verdi. Həm sənin tərəfindən nəvə gördü, həm də İsmail... Kaş ki, Ayxanın da toyunu görmək ona nəsib olardı.

Bu ağır gündə sənə dərin hüznlə başsağlığı verirəm. Allah ailənə səbir, dözüm versin. Yaqub bəy təkcə yaxşı insan deyildi – o, musiqiçi idi, musiqidən gözəl anlayışı vardı və ən əsası nümunəvi bir ata idi. Başın sağ olsun, Röya. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun".

Xatırladaq ki, 67 yaşlı Yaqub Nəcəfov ötən gün vəfat edib. 

Son xəbərlər