Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
BAKU.WS xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Belə ki, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə ediblər. Daha sonra fiziki zor tətbiqi ilə gəncin 4 700 manat dəyərində olan mobil telefonunu ələ keçiriblər. Quldurluq əməlini törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy saxlanılıblar.
Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən t...