Tanınmış vəkil Adəm Məmmədov həbsdə qalıb

Vəkil həmkarına qarşı təhqir və böhtanda ittiham olunaraq həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a iddiaçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Adəm Məmmədov və qardaşına verilmiş cəza dəyişdiriləmədın saxlanılıb.
Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətinə islah işləri cəzası verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılıb.
Oxşar xəbərlər
Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər
Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "360.ru"ya məhbuslardan birinin bacısı Anast...