Tanınmış vəkil Adəm Məmmədov həbs edilib
05
mar
2025
14:13
Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə vəkil Asim Abbaszadə məlumat verib.
Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Oxşar xəbərlər
Zaqataladan olan yeniyetmə Rusiyada həyatını itirib
Zaqatalalı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Rusiya Fedarasiyası Krasnoyarsk diyarının Norilsk...