Tanınmış jurnalisti döyüb ayağını sındırdılar
Bakıda tanınmış jurnalist döyülüb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə "Jurnalistlər Binası"nda qeydə alınıb.
Orada yaşayan, tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.
Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.
Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Məsələ ilə bağlı danışan jurnalist Rahib Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb:
"Gecə saatları TikTok-da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində, istəmədən qarşıdakı "Range Rover" markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan srağagün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəyəm ki, cəzalarını alsınlar".
Oxşar xəbərlər
Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi
Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkə...