Suqovuşanda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti bilindi
Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs bu gün saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib.
Qeyd olunub ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.
***14:44
Ağdərədə mina hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...