Sumqayıtda ana və qızını maşın vurub

24
okt
2018
22:29
Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, yerli sakinlər – 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.Yaralılar dərhal “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın piyadanı avtomobil vurub
Sumqayıt sakini Bakıda avtomobil tərəfindən vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər 13-cü mikrarayon sakini, 1978-ci il təvəllüdlü Al...
