Siyəzəndə qəzalı vəziyyətdə olan körpüdən istifadəyə icazə verilib - ŞOK İDDİA
Mayın 26-da yağan leysan Siyəzən rayonunda bir sıra fəsadlara səbəb olub.
Belə ki, Ataçaya gələn sel Balaca Həmyə kəndi ilə şəhər mərkəzini birləşdirən əsas körpünü yararsız vəziyyətə salıb.
Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşıb.
"Körpü bir neçə ay əvvəl qəzalı vəziyyətdə idi. Aidiyyəti qurumlara bununla bağlı müraciət etsək də, tədbir görülmədi.
Dəmir körpümüz də qəzalı vəziyyətdədir. Üç-dörd ay əvvəl bağlamışdılar ki, gediş-gəliş olmasın. Digər körpü uçduqdan sonra ondan istifadə etməyə icazə verdilər", - deyə sakin Tağı Tağıyev Baku TV-yə narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə artıq baxış keçirilib, tezliklə işlərə başlanılacaq və körpü bərpa ediləcək.
Oxşar xəbərlər
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölü...